Zaxarova Britaniya hakimiyyəti və polisinə: “Siz harada olmusunuz?”

Zaxarova Britaniya hakimiyyəti və polisinə:
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Londondakı təxribatla əlaqədar azərbaycanlı diplomatlara dəstəyini ifadə edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Zaxarova sosial şəbəkə hesablarında paylaşım edib.

“Azərbaycanın Britaniyadakı səfirliyinə edilən radikal hücum hadisəsindən şoka düşmüşəm. Günorta saatlarında bütöv bir vandal izdihamı diplomatik missiyanın ərazisinə soxularaq dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub. Allaha şükür ki, heç kim zərər görməyib.

Diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır ki, bu da bütün dünyada diplomatların rahat işləməsini təmin edir. Belə “insidentlər” qeyri-adi haldır.

Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisə sual: siz harada olmusunuz?”, - paylaşımda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...