“İran regionda sərhədlərin hər hansı dəyişikliyinə imkan verməyəcək”

“İran regionda sərhədlərin hər hansı dəyişikliyinə imkan verməyəcək”
“İran regionda sərhədlərin hər hansı dəyişikliyinə imkan verməyəcək”.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri Müqəddəs Müdafiə Həftəsi çərçivəsində təşkil olunmuş paradda çıxış edərkən deyib.

Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə toxunan Baqeri bunları deyib: “Azərbaycan və Ermənistana məsləhət görürük ki, problemlərini sülh vasitələri və dialoq yolu ilə həll etsinlər. Biz regionun sərhədlərinin dəyişməsinə səssiz qalmayacağıq.

Biz münaqişələr və müharibələrə başlamırıq, amma onlar başlayanda sakit durmuruq. Regionun təhlükələrdən azad olmasını və Qərbi Asiyada dostluq və əməkdaşlıqdan ibarət olmasını istəyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...