Özbəkistan bankları Rusiyanın "Mir" ödəniş kartlarına xidməti dayandırıb

Özbəkistan bankları Rusiyanın "Mir" ödəniş kartlarına xidməti dayandırıb
Özbəkistan bankları 23 sentyabr saat 09:00-dan etibarən "Mir" ödəniş sisteminin kartlarına xidməti və "Uzcard-Mir" birgə nişanlı kartların xaricdə fəaliyyətini dayandırıb.

"Report" "fergana.media"ya istinadən xəbər verir ki, bu barədə "Uzcard" Vahid Respublika Prosessinq Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, buna texniki zəruri prosedurlar səbəb olaraq göstərilir. Bildirilib ki, Özbəkistan ərazisində "Uzcard-Mir" birgə nişanlı kartları adi rejimdə işləyir.

Qeyd edək ki, "Mir" ödəniş kart sistemini 2015-ci ildə Rusiya təsis edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...