“Ət və kərə yağının baha olmasının əsas səbəblərindən biri 18%-lik ƏDV-dir”

“Ət və kərə yağının baha olmasının əsas səbəblərindən biri 18%-lik ƏDV-dir”
“2022-ci ilin yanvar-oktyabr - yəni ilk 10 ayında ölkəyə 33 min 806 ton ət məhsulu idxal edilib, bir kiloqram ətin idxal qiyməti 3 manat 6 qəpik olub. Eyni dövrdə ölkəyə 15 min 494 ton kərə yağı idxal olunub ki, bir kiloqram kərə yağının idxal qiyməti 9 manat 69 qəpik təşkil edib. Ət və ət məhsullarının, kərə yağının pərakəndə satışda çox yüksək qiymətlərlə satılmasının əsas səbəblərindən biri (korrupsiya, inhisarçılıq - bunlar xroniki xəstəliklər, bu sistemin üz qarasıdır, burası aydındır) məhz 18%-lik ƏDV-dir”.

Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

O bildirib ki, ƏDV ilə bağlı təkliflər verilib:

“Aylardır təklif vermişik, amma hökumət müzakirəyə belə çıxarmaq istəmir, çünki deməyə sözü, əks-arqumenti yoxdur - pərakəndə satışda ərzaq məhsullarının ƏDV-si kəskin azaldılmalıdır, 18%-dən 2%-ə endirilməlidir, bu qiymətlərin tənzimlənməsində ciddi rol oynayacaq.
İnflyasiya, qiymət artımı insanların belini bükür, kasıblaşdırır, real gəlirlər azalır, hökumət isə bu dərinləşən problemi görməzdən gəlməklə məşğuldur. Ölkədə 30 ildə normal iqtisadi institutlar, sistem də qura bilməyiblər ki, inflyasiya ilə, məsələn, Mərkəzi Bankın uçot dərəcəsi kimi alətlərlə mübarizə aparmaq mümkün olsun - bizdə MB-nin uçot dərəcəsi formal, mənasız bir alətdir, çünki MB-nin özü formal, hökumətdən asılı qurumdur, halbuki, MB dövlət qurumu olmalı, müstəqil siyasət yeritməlidir. Amma bu Mərkəzi Bankın da günahı deyil, ümumi sistem zay olandan sonra MB nə edə bilər ki?!”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
166 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...