Ciddi yanıq xəsarətləri alan uşağın köməyinizə ehtiyacı var...

Ciddi yanıq xəsarətləri alan uşağın köməyinizə ehtiyacı var...
Ana və bacısı yanğında ölən, özü isə ciddi yanıq xəsarətləri alan uşağın köməyinizə ehtiyacı var.

Yeniavaz.com xəbər verir ki, ötən ilin fevralında Zərdab rayonunun Çallı kəndində baş verən dəhşətli yanğın nəticəsində faciəli həyat yaşayan Gülməmməd Əhmədlinin təcili əməliyyat olunması üçün 15 min manata ehtiyac var.

Bank hesabı:

4169 7388 8074 7856 (Kapitalbank). MR. PARVIN AHMADOV
Əlaqə: 050 970 71 76 (atası Pərvin Əhmədov)


Qeyd edək ki, ötən il fevralın 18-də Zərdabın Çallı kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Bu zaman 3-cü sinif şagirdi Gülayə Əhmədli və anası Pərvanə Əhmədova həlak olub.

Gülayənin qardaşı, 1-ci sinif şagirdi Gülməmməd Əhmədli və nənəsi isə ağır yanıq xəsarəti ilə Bakı şəhərinə aparılaraq xəstəxanaya yerləşdiriliblər.


Ciddi yanıq xəsarətləri alan uşağın köməyinizə ehtiyacı var...
Ciddi yanıq xəsarətləri alan uşağın köməyinizə ehtiyacı var...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
338 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...