“Gücümüz ancaq pensiya alanlara çatır?”

“Gücümüz ancaq pensiya alanlara çatır?”


“Biz sevinirik ki, pensiyalarda qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Kərimli parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

T.Kərimli bildirib ki, xalqa hər şey Avropa qiymətləri ilə satılır: “Bəs niyə pensiyanı həmin standartlarla vermirik? Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?! Mən “qara camaat”ın nümayəndəsiyəm”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...