Müstəqim Məmmədov "27 sentyabr anım günü" ilə əlaqədar Kəngərli kəndinə getdi

Müstəqim Məmmədov "27 sentyabr anım günü" ilə əlaqədar Kəngərli kəndinə getdi

Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəngərli kəndində Şəhid Quluzadə Elmin Şəmsi oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun 27 sentyabr “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tərtərli oğulların ailələrini ziyarəti davam edir.
Rayon rəhbəri növbəti dəfə YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid Quluzadə Elmin Şəmsi oğlunun Kəngərli kəndində yaşayan ailəsini ziyarət edib.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən də söhbət açıb.
İcra başçısı dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət qurumlarına da şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tövsiyyə etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Quluzadə Elmin Şəmsi oğlu 1998-ci il oktyabrın 23-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Oktyabrın 17-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Yaşadığı Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Şəhid Quluzadə Elmin 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Vətən üçün canından keçən Elmin kimi oğulların xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Müstəqim Məmmədov "27 sentyabr anım günü" ilə əlaqədar Kəngərli kəndinə getdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...