İcra başçısı səyyar qəbul keçirdi

İcra başçısı səyyar qəbul keçirdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü şəhərin Mahir Əsədov, Rasim Mürsəlov, Üzeyir Hacıbəyov küçələrinin sakinləri üçün keçirilib.
Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və şəhər sakinləri iştirak ediblər.
Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin komandanlığı ilə sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarının başa çatmasından, qanunsuz silahlı birləşmələrin tərk-silah olmaları barədə, Yevlax şəhərində Azərbaycan Respublikası Prezidentinin Administirasiyasının təklifi ilə erməni icmasının nümayəndələri ilə keçirilən görüşdən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20 sentyabr 2023-cil tarixdə Azərbaycan xalqına müraciətindən də danışıb. Qeyd olunub ki, ölkə rəhbərinin tarixi müraciəti onu deməyə əsas verir ki, 30 ildən artıq mövcud olan erməni separatizminin kökü kəsildi.
Sonra icra başçısı ölkə rəhbərinin bölgələrə səfərindən, ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.
İcra başçısı Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.
Sonra şəhərdə aparılan tikinti quruculuq abadlıq işləri haqqında sakinlərə məlumat verib.
Bildirilib ki, müharibədən dərhal sonra şəhərin müharibədən zərər çəkmiş küçələrinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 288 min kvadratmetr, rayon icra hakimiyyəti tərəfindən isə 77590 kvadratmetr asfalt örtüyü salınıb. Küçələrin istinad divarları müxtəlif bəzək daşları və aqlaylarla üzlənib, əvvəlkindən də gözəl olub.
Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatıb. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınıb. Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov və Eldar Məmmədov küçələrində səkilərə asfalt döşənib. Şakir Həsənov küçəsində isə təmir işləri başa çatmaq üzrədir. Bununla yanaşı Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov və Süleyman Məmmədov küçələrində isə istinad divarları hörülüb hündürləşdirilib, divarlar aqlay və bəzək daşları ilə üzlənib. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınıb, təmizlik işləri aparılıb.
Küçələrlə yanaşı üzun İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda da aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları aqlay daşları ilə üzlənib, mühəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb.
Tərtər şəhər 5 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni bina tikilib.
Şəhid Vasif Hüseynovun adını daşıyan küçədə şəhidin xatirəsinə tikilmiş bulaq təmir olunub, ətirafında abadlıq işləri aparılıb.
Vətən Müharibəsi şəhidlərinin adını daşıyan Anar Əliyev, Polad Həşimov, Ruslan Şahbazov, Sənan Məmmədli, Qənbər Qənbərli, Azər Şəmilov və Aslan Hüseynov küçələrində şəhidlərin barelyefləri quraşdırılıb.
Hazırda isə şəhərin Vüqar Həsənov küçəsində təmir işlərinə başlanıb, istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Küçədə kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Sakinlərindən Fəridə Əmrahova yeni tikilmiş evinə qaz və işıq sayğacının quraşdırılması, Fazilə Vəliyeva və Dilbər Hüseynova Cavanşir küçəsinin asfaltlanmasını və qaz sayğacının smart tipli sayğacla dəyişdirilməsini, Kifayət Babyeva su sayğacının, Mehman Bayramov qaz xəttinin yerinin dəyişdirilməsi və digər şəxsi məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya, şəhərdə aparılan təmir-tikinti işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
İcra başçısı səyyar qəbul keçirdi
İcra başçısı səyyar qəbul keçirdi




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...