Azərbaycan oktyabrda vergi daxilolmalarını 2 dəfə azaldıb

Azərbaycan oktyabrda vergi daxilolmalarını 2 dəfə azaldıb
2023-cü ilin oktyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsinə 1 782,8 milyon manat vəsait köçürüb.

Qurumun yaydığı məlumata əsasən, bu, 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 49,75% və yaxud təxminən 2 dəfə azdır.

Aylıq vergi daxilolmalarının 961,6 milyon manat qeyri-neft qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,6% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında isə Azərbaycanda vergi daxilolmaları illik müqayisədə 4,25% çox – 14 593,5 milyon manat, o cümlədən, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,2% çox – 8 387,4 milyon manat təşkil edib.

Turan



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
358 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...