Azərbaycan Konstitusiyasını dəyişməlidir - Simonyan

Azərbaycan Konstitusiyasını dəyişməlidir -
Azərbaycan Konstitusiyasına düzəlişlər edilməli və bu, Ermənistanla güzgü prinsipi əsasında olmalıdır.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Növbəti dəfə Ermənistan rəsmilərindən yeni Konstitusiyaya ehtiyacın nə dərəcədə Bakının tələbi ilə bağlı olduğunu soruşmaq istəyəndə bilin ki, danışıq aparan erməni rəsmilər də Azərbaycan Konstitusiyasına dəyişikliklərin zəruriliyini gündəmə gətirirlər. Azərbaycan Konstitusiyasında da güzgü effekti ilə dəyişdirilməli olan müddəalar var”, - Simonyan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi hər hansı danışıqları güzgü effektində aparır:

“Əgər bu danışıqlar zamanı hər hansı təkliflər irəli sürülürsə, o zaman gələcək davamlı sülh naminə onlar həm Ermənistanı, həm də Azərbaycanı narahat etməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...