Tərtərdə avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunub

Tərtərdə avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunub

Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 42 və 54 №li Yol İstismarı MMC-nin kollektivləri Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin abidəsinin ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Sonra rayon rəhbəri avtomobil yolları işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar diləyib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur. Artıq 17 ildir peşə bayramını qeyd edən avtomobil yolları işçiləri Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar.
Sonda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan 42 və 54 №li Yol İstismarı MMC-nin işində fərqlənən bir qrup əməkdaşı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif olunub.


Tərtərdə avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunub
Tərtərdə avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunub
Tərtərdə avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunub
Tərtərdə avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunub




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
195 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...