Xəstəxanalarda gündəlik tələb olunan 11 manatla bağlı açıqlama
12 yaşa qədər pulsuz, bu yaşdan yuxarı olanlar isə ödəniş etməlidir. Söhbət xəstəxanada pasiyent yanında qalan şəxsin gündəlik ödənişindən gedir. Qaydalara görə, xəstəxanalarda pasientin yanında qalan şəxs gündəlik olaraq 11 manat ödəniş edilməlidir.
Sözügedən bu xidmət yalnız TƏBİB tabeliyində olan tibb müəssələrinə aiddir. Ödənilən məbləğə xəstə yanında qalan şəxsin qidalanması da daxildir. Lakin bu qayda əksər vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Bir çox xəstə yaxını xəstələrinin müalicə müddətinin bir neçə həftə, hətta 1 aydan da uzun çəkdiyi, bu zaman isə külli miqdarda pul ödəməli olduqlarını bildirirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan radioloq, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev bu qaydanın əslində məqsədəuyğun olduğunu deyib. Həkim fikirini belə əsaslandırıb:
“Əslində, mən bu qərarı bir az normal qarşılayıram. Çünki xəstə yanında qalan adam eyni zamanda bir çarpayı tutur. Onun əvəzinə həmin çarpayıda başqa bir xəstə də yata bilər. Əslində, xəstənin yanında heç kim qalmamalıdır. Bəlkə də bu qərarda məqsəd həm də budur ki, insanlar xəstə yanında qalmağa meyil etməsinlər. Əgər xəstə yanında qalmaq ödənişsiz olsa, onda bütün xəstələrin yaxınları öz xəstələrinin yanında qalmaq istəyəcək. Bu isə həm məsrəfdir, həm də xəstələrin yerinin tutulmasıdır”.
Aydın Əliyev xəstəyə sadəcə xəstəxana personalının xidmət etməli olduğunu bildirib.
“Əslində xəstəyə sadəcə xəstəxana personalı xidmət etməlidir. Bəzi insanlar istəyir ki, özü birbaşa xəstəsinin qeydinə qalsın, onun istəklərini qarşılasın. Əlbəttə, bu ehtiyacları tibb bacıları da yerinə yetirə bilər. Bu səbəbdən TƏBİB-in rüsumla bağlı tətbiq etdiyi bu qərara normal baxıram”.
441 dəfə oxundu