Oliqarx məmurlar aqrar sektora daraşdı - istehsal da, gəlirlər də azaldı
Kənd təsərrüfatının inkişafı, məhsuldarlığın artırılması ilə bağlı müxtəlif xəbərlər diqqət çəkir. İnnovasiyaların tətbiqindən, əkin sahələrinin sığortalanmasından danışılır. Amma təsərrüfat sahiblərinin həmin yerləri suvarmaq üçün hansı çətinliklərlə üzləşməsindən söz açılmır. Kənd təsərrüfatı məhsullarının istehsalı azalır. Bunu məntiqi nəticəsi kimi gəlirlərin də azalması müşahidə edilir.
Gundeminfo.az xəbər verir ki, Azərbaycanda 2024-cü ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 491,2 milyon manat olub. 2023-cü ilin analoji dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1,2 faiz azalıb. Heyvandarlıq məhsulları üzrə azalma bitkiçiliklə müqayisədə daha çox olub.
Azərbaycanda qeyri-neft sektoru illərdir canlanmır, özünü göstərə bilmir. Nar biznesi diqqət mərkəzinə düşmüşdü, amma bu istiqamətdə gəlirlərin xeyli azalması nəzərə çarpır. 2023-cü ilin yanvarı ilə müqayisədə gəlirlərin 2,3 dəfə azalması diqqət çəkir. Səbəb kimi qiymətlərin aşağı düşməsi göstərilə bilər. Amma iş orasındadır ki, ixrac həcmi də 36 faiz azalıb.
Azərbaycan Nar İxracatçıları Assosiasiyası əsas səbəb kimi Rusiyadakı iqtisadi böhranı, Ukrayna müharibəsini göstərir. Bildirilir ki, Ukraynaya ixrac dayandırılıb, Rusiyada yerli valyuta çox dəyər itirib. Yəni bu amillərin indiki mənzərənin yaranmasında böyük rolu olduğu iddia edilir.
Başqa xəbərlərdə oxuyuruq ki, ayrı-ayrı rayonlarda kartof sahələri yarıya qədər azaldılıb. Bərdədə tonlarla yerkökü əkin sahələrində qalıb. Müxtəlif səbəblər göstərilir. Əslində, bütün suallara bir ifadə ilə cavab vermək olar. Ölkədə kənd təsərrüfatı tənəzzülə uğrayıb.
Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, iqlim dəyişikliyi Azərbaycanda aqrar sektora pis təsir edir. Deputat yağıntıların azalmasının kənd təsərrüfatını iflic etməyə qadir olduğunu düşünür.
Bu haqda əvvəllər də yazmışıq. Azərbaycanda kənd təsərrüfatı inkişaf edə bilməz. Çünki son illər əkin sahələri çox azalıb. Məmurlar ayrı-ayrı əraziləri ələ keçirib. Üstəlik, pambıq isterikası kənd təsərrüfatına pis təsir göstərdi. Nə qədər yerdə pambıq əkildi, amma lazımi nəticə əldə edilmədi. Susuzluqdan heç danışmağa dəyməz. Bölgələrdə camaat heç özü içməyə su tapmır, o ki qaldı sahələrin suvarılması olsun. Fərdi təsərrüfatçılar böyük çətinliklə üz-üzə qalıblar. İnnovasiyaların tətbiqi də gəlişigözəl ifadədən başqa bir şey deyil.
Kənd təsərrüfatında hansı yeniliklər tətbiq olunur?
Vəziyyət yalnız pisliyə doğru gedir. Kənd təsərrüfatını bataqlıqdan xilas etmək üçün təcili tədbirlər görmək lazımdır. Nağıl danışmaq vaxtı deyil...
Bizimyol.info
442 dəfə oxundu