İcra başçısı rayonun Qaynaq kəndində barama qurdlarının bəslənilməsi vəziyyəti ilə maraqlanıb

 İcra başçısı rayonun Qaynaq kəndində barama qurdlarının bəslənilməsi vəziyyəti ilə maraqlanıb

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair
2015-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının həyata keçirilməsi
istiqamətində rayonumuzda kənd təsərrüfatının ənənəvi sahələrindən olan
baramaçılığın inkişaf etdirilməsi üçün 2024-cü ildə barama qurdları
saxlanılacaq yerlər və kümçülər müəyyənləşdirilmiş, yem bazasının
yaxşılaşdırılması məqsədilə tut tinglərinin becərilməsi davam etdirilmişdir.
May ayının 23-də rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov
YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaynaq kəndində kənd
sakini Hidayət Həsənovun həyətində barama qurdlarının bəslənilməsi
vəziyyəti ilə maraqlanıb. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbəri
kümçülərə müvafiq tapşırıq və tövsiyələr verib.
Qeyd edək ki, Ötən il Tərtər rayonunda 14,8 ton barama istehsal edilib. Bu il
isə 12 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Bərdə
Barama “AZ.SİLK” MMC-dən 300 qutu barama qurdu gətirilərək kümçülərə
təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə
kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq
təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün
maarifləndirici bukletlər paylanıb.

 İcra başçısı rayonun Qaynaq kəndində barama qurdlarının bəslənilməsi vəziyyəti ilə maraqlanıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...