Milli Məclis 2023-cü il dövlət büdcəsinin icrasını qəbul edib

Milli Məclis 2023-cü il dövlət büdcəsinin icrasını qəbul edib
Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

"Report" xəbər verir ki, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Daha sonra sənəd ətrafında deputatlar çıxış ediblər. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda təsdiqlənib.

Qeyd olunub ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105 % icra olunub.

2023-cü ildə dövlət büdcəsinin xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7 %) təşkil edib, proqnoz 99,5 % icra olunub.

2023-cü il dövlət büdcəsinin kəsiri 883,7 milyon manat və ya ÜDM-in 0,7 %-ni təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...