Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb, sədr seçilib - SİYAHI

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb, sədr seçilib -
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Şura üzvlərinin sayı 11 nəfər olaraq müəyyənləşib.

Nazirlik yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Şuranın sədri seçilib.

Şuranın üzvləri isə aşağıdakılardır:

- Elm və Təhsil Nazirliyi Aşqarlar Kimya İnstitutunun icraçı direktoru Sucayev Əfsun Rəzzaq oğlu

- Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri Bilalov Bilal Telman oğlu

- Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi Hüseynov Elçin Məmmədəli oğlu

- Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Əliyev Ələkbər Əli Ağa oğlu

- Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Babayev Qulam Rüstəm oğlu

- Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutunun laboratoriya müdiri Baxşəliyeva Könül Fərrux qızı

- Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri Süleymanov Səftər Yusif oğlu

- Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Axundova Nərgiz Çingiz qızı

- Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Süleymanov Elçin Bəhmən oğlu

- elm və təhsil nazirinin müşaviri Abızadə Azər Etibar oğlu.

Qeyd edək ki, Şura ictimai əsaslarla fəaliyyət göstərəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...