Rusiyanın bir sıra aeroportlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib

Rusiyanın bir sıra aeroportlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib
Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artem Korenyako məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün sentyabrın 10-da Moskva vilayətində üç hava limanının - Vnukovo, Domodedovo və Jukovskinin fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda bildirilib.

Bildirilib ki, Vnukovo və Domodedovo Moskva vaxtı ilə saat 01:17-dən, Jukovski - Moskva vaxtı ilə saat 01:46-dan etibarən müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

Qeyd edilib ki, hava qüvvələri ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür - bu, əsas prioritetdir.

Bundan əlavə, Rosaviasiya Kazan hava limanının fəaliyyətinin də məhdudlaşdırıldığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...