“Neo Line Group” su filterləri şirkəti ölkdən külli miqdarda pul çıxarıb? – Məhkəmə

“Neo Line Group” su filterləri şirkəti ölkdən külli miqdarda pul çıxarıb? –
Qapıları gəzərək su filterlərini satmağa çalışan “Neo Line Group” şirkəti ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, sözügedən şirkətlə bağlı cərimə protokolu tərtib edilib. Məlum olub ki, “Neo Line Group” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Su filterləri satan şirkətlər bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 11 oktyabr tarixində hakim Emin Əliyevin sədrliyi ilə işə baxılacaq.

“Neo Line Group”a qarşı irəli sürülmüş maddəylə bağlı danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu maddəyə əsasən sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlməlidir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın, şirkətin ölkədən pul çıxarması kimi qəbul edilir:

“Bu maddənin qısa mahiyyəti belədir ki, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var. Ölkədən elə-belə pul çıxarmaq olmaz, gərək nə isə alasan. Bunun üçün verilən müddət də iki ildir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
234 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...