“Gömrükdə kərə yağı 9 manata qeydə alınır, 20 manata satılır”
“Kərə yağı ölkəyə 9 manata gətirilir, marketdə 20 manata satılır”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ölkəyə idxal olunan yağlarla bağlı rəsmi açıqlamanı şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu ilin ilk 8 ayında (yanvar-avqust) ölkəyə 19 153,76 ton kərə yağı idxal olunub, Gömrük komitəsində rəsmiləşdirilən statistik dəyəri isə 103 mln. 312 min dollar təşkil edib: “Yəni, hər kq kərə yağı ölkəmizə 5,3 dollara, 9 manat 10 qəpiyə daxil olub. Marketlərdə kərə yağının kilosu 18-25 manat arası dəyişir, yəni, ortalama, 20-21 manat civarındadır. Kəra yağı gətirən şirkətin vergisi, daşınması, gəliri, satış nöqtələrinin gəliri – hamısı 50% civarında hesablasaq, qiymət 15-16 manatdan baha olmazdı”.
Ekspert qeyd edib ki, rəqabət olmadığı üçün qiymət bahadır: “Ölkəyə yağ gətirən şirkət sayı azdır. Yerli istehsal isə yox dərəcəsindədir . Yerli şirkətlər adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır. Hələ qablaşdırılan zaman onun tərkibi ilə yaxşıca oynayırlar, daha ucuz heyvan-bitki mənşəli yağlar qatırlar. Maya dəyərini 20-30% aşağı çəkirlər ki, bu da gəlirlərini kəskin artırır”.
N. Cəfərli deyib ki, rəqabət olmayan yerdə qiyməti diktə etmək çox asandır: “Bizdə Antiinhisar qurumları topdan yox, pərəkəndə satanlarla “mübarizə” aparır.
Azpost.info
155 dəfə oxundu