Azərbaycandan Avropaya bu il 9 mlrd. kubmetrdən artıq qaz ixrac olunub

Azərbaycandan Avropaya bu il 9 mlrd. kubmetrdən artıq qaz ixrac olunub
Bu ilin yanvar - sentyabr aylarında Azərbaycandan Avropaya təxminən 9,4 mlrd. kubmetr qaz ixrac olunub.

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib.

Qeyd olunub ki, hesabat dövründə Türkiyəyə 7,3 mlrd. kubmetr, Gürcüstana isə 1,7 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP kəmərə vasitəsilə Türkiyəyə 4,2 mlrd. kubmetr qaz nəql edilib.

“Bu ilin 9 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 4,2% çoxdur”, - paylaşımda qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
92 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...