Pandemiya dövründə yazılan cərimələrin aqibəti necə olacaq? - VİDEO VİDEO

Pandemiya dövründə yazılan cərimələrin aqibəti necə olacaq? - VİDEO
Pandemiya dövründə maska taxmayan və digər karantin qaydalarına əməl etməyən çox sayda vətəndaş cərimələndi. Bəziləri cərimələri ödəsə də, əksəriyyət indiyədək bundan yayınır. Bu səbəbdən də həmin şəxslər xaricə səfər etmək və ya hər hansı sənəd almaq istədikdə problemlərlə üzləşirlər.

Xezerxeber.az-ın məlumatına görə, millət Vəkili Razi Nurullayev hesab edir ki, Türkiyə və Gürcüstanda olduğu kimi Azərbaycanda da pandemiya dövründə tətbiq olunan cərimələr silinməlidir.

Cərimələr yalnız maska ilə bağlı deyil, həm də müəyyən iaşə obyektlərinə girişlə bağlı tətbiq edilib. Deməli, cərimələrin ləğvi yüzminlərlə insanın sevincinə səbəb olar.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...