İsgəndər Xəlilovun tikinti şirkəti 12.4 milyon manat borca düşdü

İsgəndər Xəlilovun tikinti şirkəti 12.4 milyon manat borca düşdü
"Svit Haus" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yığılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda vergi borcu 12 374 585.71 manat təşkil edir.

Şirkətin bu qədər vergi borcunun yaranması təəccüb doğurur. MMC-nin uzun müddətdir vergi borcunu ödəməməsinin səbəbi isə məlum deyil.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, "Svit Haus" MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb. Şirkət çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olur. "Svit Haus" MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17 790 manat olan şirkətin qanuni təmsilçisi İmdad Dursunovdur.

Mətbuatda yayılan məlumatlara görə, şirkət "Bakı Toxucu Tikiş" ASC-nin sədri Cavanşir Xəlilova aiddir. Lakin "Svit Haus"un C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir.

İsgəndər Xəlilovun tikinti şirkəti 12.4 milyon manat borca düşdü



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
207 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...