"Qeyri-qanuni fəaliyyət göstərməyinizə baxmayaraq" - Hikmət Hacıyevdən "Azadlıq radiosu"nun jurnlaistinə sərt cavab

"Qeyri-qanuni fəaliyyət göstərməyinizə baxmayaraq" -
"COP29 tədbirində Azərbaycandan yüzlərlə jurnalist iştirak edir. Eyni zamanda, Azərbaycan Respublikasında qeyri-qanuni fəaliyyət göstərməyinizə baxmayaraq, “Azadlıq Radiosu”nun jurnalisti olaraq siz də iştirak edirsiniz. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasında qanunun aliliyi, o cümlədən də media azadlığı tam şəkildə təmin olunub".
Gundeminfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
“Əgər siz kiminsə həbsi ilə bağlı danışırsınızsa, gəlin, qanunun aliliyindən danışaq. Adları çəkilən şəxslərin jurnalist fəaliyyəti ilə bağlı təqib halları baş verməyib. Burada qeyri-jurnalist fəaliyyəti ilə bağlı proseslərdən söhbət gedir. Kiminsə jurnalist olması qanunun aliliyinin pozulması anlamına gəlmir. Jurnalist olmaq qanundan üstün olmaq və yaxud da qanundan kənar imtiyazlara sahib olmaq demək deyil. Sizin qeyd etdiyiniz şəxslərlə bağlı konkret rəqəmləri də qeyd edə bilərəm. Burada böyük məbləğdə qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir. Qanunsuz maliyyə dövriyyəsi Azərbaycan Respublikasının bir neçə fundamental əsaslı epizodlar üzrə qanunlarının pozulmasıdır. Özlərini media orqanı adlandıran təsisatlar belə qanunsuz maliyyə prosesində, maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarının pozulmasını dərk etmirlər. Təəssüflə qeyd edirik ki, “Azadlıq Radiosu” da başda olmaqla özünü media təsisatı kimi təqdim edən bir sıra resurslar bir qədər şou və populizm xarakterli təbliğatlarla məşğul olurlar.
Ona görə də mən tövsiyə edərdim ki, peşəkar jurnalist roluna iddia edirsinizsə, gəlin iqlim maliyyələşməsi üzrə mövzular üzrə fundamental və əsaslı mövzulardan danışaq. Azərbaycan Respublikasının vətəndaşı olaraq ölkənin nailiyyətlərinə sevinməyi bacarmaq da bir yaxşı xüsusiyyətdir”, - Hikmət Hacıyev qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
179 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...