İtaliyada dünyada ilk dəfə işləyən ürəyin transplantasiyası həyata keçirilib

İtaliyada dünyada ilk dəfə işləyən ürəyin transplantasiyası həyata keçirilib
İtaliyanın Paduya şəhərində həkimlər dünyada ilk dəfə işləyən ürəyin transplantasiyası əməliyyatını həyata keçiriblər.

Oxu.Az bu barədə "Messaggero" nəşrinə istinadən xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, bu üsulla həm orqanın götürülməsi, həm də transplantasiya zamanı işemiya (qan təchizatının azalması) və reperfuziyadan (qan dövranının bərpası təzahürləri) yaranan zədələr aradan qaldırılacaq. Həkimlər hesab edirlər ki, yeni texnologiya ürək funksiyalarının daha sürətli bərpasını təmin edəcək.

Qeyd olunur ki, ürək köçürülən xəstə sağlamdır və evə yazılmağa hazırlaşır.

Xatırladaq ki, eyni xəstəxanada, lakin təxminən 40 il əvvəl İtaliyada ilk ürəkköçürmə əməliyyatı aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
233 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...