Yanan şadlıq sarayında yoxlama niyə baş tutmayıb? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, toy mərasimi zamanı Sabunçu rayonundakı “Louvre Palace” şadlıq sarayında yanğın baş verib.
Yanğının texniki təhlükəsizlik qaydalarına əməl edilmədiyi səbəbindən baş verdiyi ehtimal olunur.
“Louvre Palace”dən Bakupost.az -a bildirilib ki, hadisə tüstü bacasının olması nəticəsində baş verib.
Bəs, “Louvre Palace”də yanğın təhlükəsizliyinə əməl olunurmu? Burada sonuncu dəfə müvafiq yoxlama nə vaxt aparılıb?
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Bakupost.az -a verilən açıqlamada bildirilir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Louvre Palace” şadlıq sarayında sonuncu dəfə 4 mart 2024-cü il tarixdə yanğın-texniki müayinə keçirilib və yoxlama zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulduğu aşkar edilib:
"Cari ilin mart ayında Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınaraq yoxlama nəzərdə tutulsa da, yanğın-texniki müayinə keçirilən zaman sözügedən obyektdə yeni sahibkarlıq subyektinin fəaliyyətə başladığı müəyyən olunub. Bu səbəbdəb qanunamüvafiq olaraq yoxlamanın keçirilməsi mümkün olmayıb.
Yanğınla bağlı xüsusi olaraq qeyd edirik ki, obyektin mətbəx sahəsində quraşdırılmış, bərk yanacaqla işləyən manqalın tüstü borusunda yığılmış yağ qalıqları yanıb və hadisəyə dərhal müdaxilə edilərək söndürülüb.
Yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əsasən gündəlik istifadə olunan sobaların bacaları ayda bir dəfə qurumdan təmizlənməli, həmçinin, müəssisələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən obyekt rəhbərlərinin vəzifə borcu kimi təsbit edilib.”
35 dəfə oxundu