Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – Rəsmi

Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar –
Bu ilin ilk 3 ayında Xankəndi şəhərində muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 1485 manat 60 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Xankəndidə orta aylıq əməkhaqqı 71,6% və ya 619 manat 70 qəpik artıb.
Qeyd edək ki, artım dövlət sektorunda çalışanların əməkhaqqısında müşahidə olunub. Özəl sektorda çalışanların əməkhaqqısında isə azalma qeydə alınıb.
Xankəndi şəhərində dövlət sektorunda işləyənlərin orta aylıq əməkhaqqısı 2025 manat 20 qəpik olub və ötən ilin eyni dövrü ilə müqayisədə 59,2% artıb.
Özəl sektorda işləyənlərin orta aylıq əməkhaqqısı isə 542 manat 90 qəpik olub və ötən ilin eyni dövrü ilə müqayisədə 24,1% azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...