Əhalinin 5 ayda ərzağa nə qədər xərclədiyi açıqlandı

Əhalinin 5 ayda ərzağa nə qədər xərclədiyi açıqlandı
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda əhalinin bir nəfəri orta hesabla ayda 456,2 manatlıq, o cümlədən 255,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 200,7 manatlıq qeyri-ərzaq malları alıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin bir nəfərinin xərclədiyi aylıq vəsaitin məbləği 34,9 manat artıb.
Belə ki, ötən ilin ilk 5 ayında əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manat xərcləyib.
Qeyd edək ki, ötən ilin ilk 5 ayında xərclənən vəsaitin 56,4%-i (237,1 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşürdüsə, bu ilin ilk 5 ayında xərclənən vəsaitin 56%-i (255,5 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.
Onu da bildirək ki, bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23 milyard 341,3 milyon manatlıq, o cümlədən 13 milyard 73,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 milyard 267,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...