SABAH HAVA NECƏ OLACAQ?

SABAH HAVA NECƏ OLACAQ?


Aprelin 23-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında isə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...