Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşmək üçün təşəbbüs qrupu yaradıldı

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşmək üçün təşəbbüs qrupu yaradıldı


Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün gedən və ermənilər tərəfindən girov götürülərək, saxta məhkəmə əsasında Şuşa həbsxanasında saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaldıqları şərait və onların səhhəti ilə bağlı geniş auditoriyaya gərəkli, eləcə də, şəffaf informasiyaların çatdırılması baxımından “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adı altında könüllü jurnalistlərdən ibarət təşəbbüs qrupu yaradılıb.

İyul ayının 11-də artıq Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən düz 2 il ötəcək.

Gundeminfo.az-a daxil olan məlumata görə, “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adı altında könüllü jurnalistlərin təşəbbüs qrupu bir qrup jurnalist tərəfindən yaradılaraq, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini real olaraq, çatdırılması baxımından bir fürsət hesab edilir. Bu məqsədlə Təşəbbüs qrupuna könüllü olaraq, üzv olan jurnalistlərin siyahısı və müraciətləri birbaşa olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəhbərliyinə, Ermənistan və Azərbaycan tərəfinin ombudsmanlarına təqdim olunacaq.

Qeyd edək ki, təşəbbüs qrupunda millət vəkili, “Yeni Azərbayan” qəzetinin baş redaktoru, Hikmət Babaoğlu da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...