Körpəıərin təhsilə yönləndirilməsi layihəsi icra edilir FOTO
“Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Az təminatlı və əlil uşağı olan ailələrin məktəbəqədər təhsil müəssisələrinə getməyən beşyaşlı uşaqları üçün məktəbə hazırlığın təşkili” layihəsini davam etdirir. Layihə çərçivəsində “Az təminatlı və əlil uşağı olan ailələrin uşaqlarına məktəbəhazırlıq təlimləri keçirilir.
Təlimlər təcrübəli müəllimlər tərəfindən aparılır. Bu layihədə fəaliyyət göstərən müəllimlər üçün xüsusi Beynəlxalq hazırlıq proqramı əsasında fərqli təlimlər, “Təhsildə müasir internet texnalogiyalarını tətbiq etməklə məktəbəhazırlıgın inkişaf etdirilməsi təlim modulu əsasında ” təhsi eksperti Ramil Süleymanov tərəfindən keçirilir.
Təlimlərdə “Sosial Dayaq” İB –nin işçiləri və üzvləri iştirak edirlər. Təlimlər prosesində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq edilir, əldə edilmiş təcrübədən istifadə olunur. Təlimlər zamanı uşaqlara təhlükəsizlik qaydalarına əməl etməyi, nitqi dinləyib anlamağı və nitq etiketlərindən istifadə etməyi, sadə riyazi əməliyyatları yerinə yetirməyi, şer söyləməyi, ətraf mühit haqqında ilkin məlumatlar, sadə təqdimatlar etməyi, özünəxidmət, sadə əmək və sadə bədii yaradıcılıq bacarıqlarına yiyələnməyi və s. bacarıqlar öyrədilir.
823 dəfə oxundu