Hava bir az da istiləşəcək - 36 dərəcə

Hava bir az da istiləşəcək -

İyulun 14-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah yağmursuz hava şəraiti olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20°, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...