Şəkidə daha bir sel təhlükəsi yaşandı

Şəkidə daha bir sel təhlükəsi yaşandı

Dağlara yağan aramsız leysan yağışları nəticəsində Şəkinin daha bir kəndinə ziyan dəyib. Kanal S (Region TV) xəbər verir ki, yağan yağışlar səbəbindən Biləcik çayına güclü sel gəlib. Sel səbəbindən Cunut kəndini rayon mərkəzi və ətraf kəndlərlə birləşdirən yol yararsız hala düşüb. Avtomobillər yolda qalıb.

Sakinlərin sözlərinə görə analoji hal əvvəllər də bir neçə dəfə baş verib. Hətta kəndə düşən sel suları mal-qaranın tələf edib. Təsərüfatlara ziyan vurub. Lakin xoşbəxtlikdən bu dəfə bənzər faktlar qeydə alınmayıb. Ən böyük fəsad yolda yaranıb. Sözügedən ərazidə körpü və ya suötürücü boru yerləşdirilmədiyindən hər dəfə sel gəldiyində yol yararsız hala düşür.
Bu günədək yaranmış fəsadları kənd bələdiyyəsi öz hesabına aradan qaldırsa da bu dəfə dağıntının güclü olması bələdiyyə tərəfindən yolun bərpa edilməsini mümkünsüz edib.

Cunut kəndində yaranmış vəziyyət artıq aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb. Kəndin rayon mərkəzi ilə əlaqəsinin tam bərpa olunmasi istiqamətində işlərə başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
808 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...