İcra Hakimiyyəti: Goranboyda zəlzələ ciddi hiss olunub, komissiya yaradılıb

İcra Hakimiyyəti: Goranboyda zəlzələ ciddi hiss olunub, komissiya yaradılıb


Bu gün səhər saatlarında İmişlidə baş verən zəlzələ Goranboyda ciddi hiss olunub. Bu barədə Trend-ə açıqlamasında Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elçin Cahangirov məlumat verib.

İcra başçısının müavini bildirib ki, rayon ərazisində hiss olunan titrəyişlərdən sonra dərhal komissiya yaradılıb: "Təxminən səhər saat 8:45 radələrində rayon ərazisində zəlzələ ciddi hiss olundu. Təkanlar təxminən 8-10 saniyə davam etdi. Dərhal hadisə ilə bağlı komissiya yaradıldı və rayonun bütün ərazilərindəki ev və obyektlərə baxış keçirildi. Xoşbəxtlikdən nə rayonda, nə kəndlərdəki ev və obyektlərdə heç bir zədə qeydə alınmayıb".

E.Cahangirov bildirib ki, hadisə nəticəsində sakinlər arasında narahatçılıq hiss edilsə də, əhali arasında aparılan danışıqlardan sonra vəziyyət sabitləşib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
876 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...