İmişlidə 3-cü dəfə zəlzələ baş verib

İmişlidə 3-cü dəfə zəlzələ baş verib


Bu gün İmişlidə növbəti zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 11:51:01-də İmişli rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.1 , dərinliyi 28 km olub.

Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Qeyd edək ki, buna qədər bu gün İmişli rayonunda iki dəfə yeraltı təkanlar qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin açıqladığı məlumata görə, ilk təkan yerli vaxtla saat 08.49-da baş verib. 5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub. İkinci zəlzələ isə yerli vaxtla 08:49:49-da İmişli rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 22 km olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...