Bakıda taksi və avtobuslarla bağlı monitorinqlər başlayır

Bakıda taksi və avtobuslarla bağlı monitorinqlər başlayır


Bakı Nəqliyyat Agentliyi taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparacaq

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.

Onun sözlərinə görə, monitorinqin aparılmasında məqsəd taksi-minik avtomobilləri və avtobusların standartlara cavab verib-verməməsini müəyyənləşdirməkdir: “Bakıda və Abşeronda 16 mindən artıq taksi-minik avtomobili, 2300-dən çox orta və iritutumlu avtobuslar var. Bakı şəhərinin inzibati ərazisində daşıma fəaliyyəti həyata keçirən 53 hüquqi və fiziki şəxsə məxsus nəqliyyat vasitələrində, istehsalat bazalarında monitorinq aparılacaq. Nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması vacibdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...