“Benzinin qiymətində dəyişiklik olmalıdır” - DEPUTAT

“Benzinin qiymətində dəyişiklik olmalıdır” -

“Azərbaycanda satılan benzinin qiymətində müəyyən dəyişikliklər olmalıdır”. Bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, xaricdən idxal olunan aksiz vergisinə cəlb olunan malların dəyərinin enməsi qiymətlərə təsisiz ötüşməyəcək: “Burada əsas rolu Tarif Şurası oynayır. Çünki tənzimlənən qiymətlərə sözügedən qurum baxır. Əgər aksiz vergisi 200 manatdan 1 manata endirilibsə, mallar qiymət siyasətinə əsasən tənzimlənəcək”.

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...