Azərbaycan yolları qana boyandı: 6 ölü
Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir.
AzVision.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, öncə yol-nəqliyyat hadisəsi Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Sultan Yusifzadə idarə etdiyi “Mitsubishi” markalı avtomobili maneəyə vurub. Nəticədə S.Yusifzadənin sərnişinləri - atası Nüsrətəli və anası Nəzakət xəstəxanaya yerləşdirilmiş, Nüsrətəli orada ölüb.
Eyni zamanda Binəqədi rayonunda Bakı şəhər sakini Ağarza Xudaverdili idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Ələsgər Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Anoloji hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Salyan rayon sakini Hüsaməddin İbrahimov idarə etdiyi “Peugeot” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib, H.İbrahimov orada ölüb.
Bundan başqa Sabunçu rayonunun Balaxanı qəsəbəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Zaur Əsgərovun idarə etdiyi “MAN” markalı avtomobil toqquşub. Nəticədə müəyyən edilməmiş avtomobilin yanar konstruksiyaları yanıb, 25-30 yaşlı sürücü hadisə yerində ölüb.
Bərdə rayonunun Zümürxan kəndində də yol-nəqliyyat hadisəsi baş verib. Avqustun 17-də saat 21 radələrində Bərdə rayonunun Zümürxan kəndində Ağdam rayon sakini Vüsal Əliyevin idarə etdiyi “Mercedes”, Kəlbəcər rayon sakini Aqil İsayevin idarə etdiyi “VAZ-2106”, rayon sakinləri Kənan Tofiqlinin idarə etdiyi “VAZ-2106” və Saleh Qasımovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.
Nəticədə A.İsayev və sərnişinlərindən - arvadı Vəfa hadisə yerində ölüb, digər 2 sərnişini, S.Qasımov və 2 sərnişini, habelə K.Tofiqlinin 1 sərnişini xəstəxanaya yerləşdirilib. Bütün faktlarla bağlı araşdırma aparılır.
783 dəfə oxundu