Yollarda sürüşmə təhlükəsi var

Yollarda sürüşmə təhlükəsi var

Azərbaycanda şaxtalı hava şəraiti nəticəsində respublikanın yollarında ciddi problemlər yaranmayıb. Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. A.Nəcəfli bildirib ki, bir az dağlıq rayonlarda, Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolunda buzlaşma var idi: "Görülən tədbirlər nəticəsində həmin problemlər aradan qaldırılıb".

A.Nəcəfli Bakı yollarında da ciddi problemlərin olmadığını diqqətə çatdırıb. O bildirib ki, buzlaşmanın qarşısını almaq üçün xüsusən körpülərə, enişli-yoxuşlu yollara duz-qum qarışığı səpilib: "Ancaq bu, tam olaraq sürüşmənin qarşısının alınacağı demək deyil. Sürücülər özləri də bu havalara hazır olmalıdırlar. Sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələri qış rejiminə hazır olmalıdır. Avtomobillərin şinləri qış şinləri olmalıdır. Əgər sürücü avtomobili yay şini ilə sürürsə, sürüşmə ehtimalı yoxdur deyə bilmərik və bu halda, əlbəttə ki, sürüşmə ehtimalı var".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...