Bakı-İstanbul sərnişin avtobusu yük maşını ilə TOQQUŞDU - VİDEO

Bakı-İstanbul sərnişin avtobusu yük maşını ilə TOQQUŞDU -


Bakı-İstanbul sərnişin avtobusu Yevlax rayonunda yük maşını ilə toqquşub. Gundeminfo.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı 1977-ci il təvəllüdlü Süleyman Əkinçinin idarə etdiyi sərnişin avtobusu, 1986-ci il təvəllüdlü Tariyel Məmmədovun idarə etdiyi "Shacman” markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük maşınının sürücüsü T.Məmmədov və avtobusda olan bir nəfər sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...