İstirahət günləri hava necə olacaq?

İstirahət günləri hava necə olacaq?

"Bakıda müşahidə olunan küləkli hava şəraiti iyul ayının 8-i də davam edəcək". Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, iyun ayının 8-də gecə və səhər saatlarında paytaxtda və yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur: "İyun ayının 9-da paytaxtda əsən şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu günorta saatlarında 30-34 dərəcə, arasında dəyişəcək".

G.Məmmədovanın sözlərinə görə, bölgələrdə növbəti iki gün ərzində arabir yağış yağacağı gözlənilir: "Qərb küləyi əsəcək. Havanın temperaturu 31-36 dərəcə arası dəyişəcək". Onun sözlərinə görə, hazırda ölkə ərazisində havanın temperaturu norma daxilindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1009 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...