Dəmiryol vağzalının nə zaman hazır olacaq?

Dəmiryol vağzalının nə zaman hazır olacaq?


Dəmiryol vağzalının təmir aparılan binasının istifadəyə veriləcəyi vaxt bəlli olub. Virtualaz.org “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinə istinadən bildirir ki, əsaslı təmir işlərinin 2016-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri həyata keçirilir. Bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənəcək. Sərnişinlər Wi-Fi şəbəkəsindən də istifadə edə biləcəklər.

Hazırda vağzal binasının fasadının üzlənməsi həyata keçirilir. Qeyd edək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı Sərnişin Vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının Mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.

1977-ci ildə Bakı Sərnişin Stansiyasında 10 min sərnişinlik yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Cənubi Qafqazda ən iri analoji obyekt olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...