Azərbaycanda dollar noyabr ayının maksimumunu təkrarlayıb

Azərbaycanda dollar noyabr ayının maksimumunu təkrarlayıb


Bu gün noyabrın 25-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 26-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 25-i ilə müqayisədə 0,0002 manat və ya 0,2% artaraq 1,0511 manat olub.

Qeyd edək ki, dolların məzənnəsi bu həddə ay ərzində artıq bir dəfə çatmışdı. Belə ki, noyabr ayının 23-də 1,0511 manat səviyyəsinə qalxan dollar bu gün aylıq maksimumu təkrarlayıb. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0034 manat və ya 0,3% azalaraq 1,1164 manata yüksəlib. Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0161 manat səviyyəsində qərarlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
908 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...