Günel Mövlud icra başçısının qalmaqallı fotosundan danışdı: "Xarici qara qüvvələrdən sifariş adlmışdım"

Günel Mövlud icra başçısının qalmaqallı fotosundan danışdı:


"Hə düzdür, təxribat etmişəm. Fotoları da mən çəkib Salyan rayon İcra Hakimiyyətinin saytına qoymuşdum". Bunu Moderator.az-a açıqlamasında şairə Günel Mövlud bildirib. Günel Mövlud deyib ki, gündəmi dəyişmək istəyirmiş: "Buna görə xarici qara qüvvələrdən sifariş adlmışdım".

Qeyd edək ki, dünən Salyan rayon icra başçısı Tahir Kərimovun Facebookda paylaşılan fotosu çox geniş müzakirəyə səbəb olub. Salyan rayon İcra Hakimiyyəti isə açıqlama yayaraq fotonun Günel Mövlud tərəfindən paylaşdığını, bununla da təxribat və gündəmi dəyişməq məqsədi güddüyünü bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1095 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...