Nərimanovda anım tədbiri - FOTOLAR
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. 11 dekabr 2015-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdən öncə Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, Ulu Öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edilib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri, ictimaiyyətin və ziyalıların qatıldığı tədbiri Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on iki il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.
Ş.İbadov hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin əslində məhz Azərbaycan üçün dünyaya gəldiyini, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib.
Ş.İbadov Ulu Öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarının ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrildiyini və demək olar ki, bütün il boyu insanların buraya gələrək, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə etdiklərini deyib.
Ş.İbadov eyni zamanda, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə, həmçinin Nərimanov rayonunda və rayonla sosial-iqtisadi, ictimai-mədəni əlaqələri olan Rusiya Federasiyasının Həştərxan şəhərində həyata keçirilən geniş layihələr barədə məlumat verib və qarşılıqlı əlaqələrin təməlinin hələ Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdə qoyulduğunu nəzərə çatdırıb.
Natiq, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin Heydər Əliyevin adı ilə, eyni zamanda 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu və “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsi olaraq, bu gün qədirbilən xalqımızın demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etdiyini, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratdığını, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olduğunu xüsusilə vurğulayıb.
Anım mərasimində çıxış edən Milli Məclisin deputatları Hikmət Babaoğlu, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Təfəkkür Universitetinin müəllimi, professor Cümşüd Nuriyev, Azərbaycan Kooperasiya Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı və Odlar Yurdu Universitetinin tələbəsi Günay imanova Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıblar. Natiqlər Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğunu, ölkəmizin iştirakı olmadan coğrafi məkanda heç bir qlobal layihənin həyata keçirilmədiyini qeyd edərək, bütün bu nailiyyətləri Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətinin məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Ulu Öndərimizin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi köklü islahatların miqyasına görə onilliklərin çərçivəsinə sığmadığını, onun dövlətçiliyimizin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərin respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etdiyini və bu gün bu işlərin dövlətimizin başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Sonda Ümummilli Lider Heydər Əliyevin zəngin həyatı və siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.
1296 dəfə oxundu