Nuhbala Rəhimovun din xadimi kimi rəsmi təyinatı yoxdur - Dövlət Komitəsi

Nuhbala Rəhimovun din xadimi kimi rəsmi təyinatı yoxdur -


Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nardarandakı Rəhimə Xanım ziyarətgah-məscidinin həbs olunan axundu Nuhbala Rəhimov və bağlanan “Hüseyniyyə” məscidi ilə bağlı açıqlama yayıb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, din xadimi kimi təqdim olunan N. Rəhimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı dini icmanın rəhbəri deyil:

“Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən Dövlət Komitəsinə verilən məlumata əsasən, N. Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur. Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə Nardarandakı ibadət evlərinin fəaliyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4304 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...