“Araz Supermarket” və “OBA Market”ə - İŞ QALDIRILDI

“Araz Supermarket” və “OBA Market”ə -

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “AQRO-VEST DC” MMC-nin ərizəsi ilə “Araz Supermarket” MMC və “OBA Market” MMC barəsində iş qaldırıb.

FED.az xəbər verir ki, iddia “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.

İşin ümumi halı “AQRO-VEST DC” MMC-yə məxsus “Янтарь”, “Янтарный свет”, “Дары янтаря” və “Янтарный край” əmtəə nişanlarından “Araz Supermarket” MMC və “OBA Market” MMC tərəfindən qanunsuz istifadə edilməsi əlamətləri üzrədir.

Dövlət Xidməti işə 30.08.2022-ci il tarixində, saat 15:00-da baxacaq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
223 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...