Gömrük Komitəsinə bağlı olan 2 şirkət ləğv olunur

  Gömrük Komitəsinə bağlı olan 2 şirkət ləğv olunur
"Gömrükçü Bakı Peşəkar Futbol Klubu" MMC (VÖEN- 1307491991) və "Kinoloji Xidmət" MMC (VÖEN- 1805663961) ləğv olunduqlarını elan ediblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hər iki elanda kreditorlardan tələblərini 2 ay ərzində Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A ünvanına bildirmələri istənilir.
Məlumat üçün bildirək ki, "Gömrükçü Bakı Peşəkar Futbol Klubu” MMC 19.03.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. 4 000 manat nizamnamə kapitalı olan "Gömrükçü Bakı Peşəkar Futbol Klubu”nun qanuni təmsilçisi Neymətova Yeganə Əsədulla qızıdır. MMC-nin hüuqi ünvanı Yasamal rayonu, Şəfayət Mehdiyev, ev 93-də yerləşir.
"Kinoloji Xidmət" MMC 22.12.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. 8 000 manat nizamnamə kapitalı olan "Kinoloji Xidmət"in qanuni təmsilçisi İmanova Zeynəb Namiq qızıdır. MMC-nin hüquqi ünvanı Sabunçu rayonu, Maştağa-Zabrat Yolunun sağ tərəfində yerləşir.
Onu da bildirək ki, qeyd olunan ünvanda Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...