“Zeytun sovxozu”, “9-cu döngə” - Niyə bu küçələrə şəhidlərin adları verilmir?!

“Zeytun sovxozu”, “9-cu döngə” -
“Milli Məclisdə təmsil etdiyim Suraxanı rayonunun onlarla şəhidi var, amma onların adları əbədiləşdirilməyib”.

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Etibar Əliyev məsələ qaldırıb.

Deputat söyləyib ki, rayonda yerləşən məktəb və uşaq bağçalarına, küçələrə şəhidlərin adları verilməlidir:

“Suraxanı rayonundakı küçələrin bəzilərinin adlarına baxın: “Vağzal”, “Köndələn”, “Zeytun sovxozu”, “9-cu döngə” və s. Bu küçələrə niyə şəhidlərimizin adı verilməsin?”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...