“Məndə görüntülər var ki, icra başçısı qaziyə hörmətsizlik edir” - Deputat

“Məndə görüntülər var ki, icra başçısı qaziyə hörmətsizlik edir” -
“Məndə görüntülər, videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir. Açıqlamaq istəmirəm, amma hər bir halda Şəhid adının əbədiləşdirilməsinə diqqət yetirilməlidir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Sabir Rüstəmxanlı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ilk növbədə evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır:

“Ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır. Təqaüd prinsplərinin ölkədə pozulması çox böyük narazılıqlar yaradır. İlk olaraq qazilərin və onların ailələrinin təqaüd məsələsi nizama salınmalıdır. Mən bizim şəhidlərimizin, qazilərimizin savaşa necə getdiklərini görmüşəm. Aparılan bütün anti-təbliğatlara baxmayaraq, onlar bu duyğunu necə ötürürdülər. Onların bu duyğusunu öldürmək olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...