“Xəstəliyi barədə həkimlər tam məlumat vermirlər” - Aftandil İsrafilovun qızı

“Xəstəliyi barədə həkimlər tam məlumat vermirlər” -
Martın 27-də xəstəxanaya yerləşdirilən tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağırdır.

Bu barədə Oxu.Az-a Xalq artistinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, ifaçı ağır vəziyyətdədir:

“Hələ də xəstəxanadayıq. Hər hansı bir irəliləyiş yoxdur. Ağır vəziyyətdədir”.

H.İsrafilova atasının mart ayının 27-dən reanimasiyaya yerləşdirildiyini qeyd edib:

“Atamın vəziyyəti yaxşı idi. Novruz bayramından sonra pisləşdi. Martın 27-də xəstəxanaya apardıq. Reanimasiyadadır. Yanına heç kəsi qoymurlar”.
Xalq artistinin qızı həkimlərin atasının xəstəliyi barədə tam məlumat vermədiklərini əlavə edib:

“Xəstəliyi barədə həkimlər tam məlumat vermirlər. Ağciyərlərində, ürəyində bir qədər problem var. 82 yaşı var. Normaldır. O yaşda bütün problemlər üzə çıxır”.

Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam etdirilib.

O, martın 27-də yenidən xəstəxanaya yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...